Kitabxananın oxucuları arasında müsabiqə keçirilmişdir

Kitabxananın oxucuları arasında müsabiqə keçirilmişdirBinəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialında fəal oxucular arasında bilik yarışması üzrə müsabiqə keçirilmişdir.
Kitabxanadan AzərTAc-a bildirmişlər ki, tədbirin məqsədi məktəbli oxucularda mütaliə vərdişlərini artırmaq olmuşdur.
Müsabiqədə üç komanda – “Azəri”, “Turan” və “Xəzri” iştirak etmişdir. Daha çox xal toplamış “Turan” birinci yerə layiq görülmüşdür.
Komandaların kapitanlarına kitab hədiyyələri verilmişdir.
Tədbirdə, həmçinin bacarıqlı kiçik yaşlı oxucuların əl işləri nümayiş etdirilmiş, tarda və skripkada musiqi nömrələri səsləndirilmişdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO