Kitabxanacılığın inkişafı üzrə yeni Dövlət proqramının layihəsi hazırlanır

Kitabxanacılığın inkişafı üzrə yeni Dövlət proqramının layihəsi hazırlanırBu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova məlumat verib.

O qeyd edib ki, yeni layihənin yeddiillik olması, 2014-2020-ci ilədək olan dövrü əhatə etməsi nəzərdə tutulur.

Nazirlik rəsmisinin sözlərinə görə, yeni proqram layihəsində əsas prioritet istiqamət kitabxanaların informasiyalaşdırılması olacaq:

“Hazırkı proqramda birinci prioritet məsələ kitabxana fondlarının formalaşmasıdır. Yeni layihədə isə bu, ikinci prioritet məsələ olacaq. Burada ilk əsas istiqamət kitabxanaların informasiyalaşdırılmasıdır”.

L.Məmmədova deyib ki, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, milli-mədəni sərvətlərin qorunması, mühafizəsi və oxucuların istifadəsinə verilməsi, kitabxanaların beynəlxalq əlaqələrinin genişləndirilməsi, kitabxana işinə dair ən müasir ədəbiyyatların Azərbaycan dilində nəşr olunması layihədə nəzərdə tutulacaq əsas prioritet istiqamətlərdəndir. Layihənin yaxın zamanlarda hazır olacağı gözlənilir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bu il yekunlaşır.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO