Kitabsevərlərə şad xəbər

150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”nda daha 6 nəşr işıqüzü gördü

150 cilddə buraxılması nəzərdə tutulan “Dünya ədəbiyyatı kitabxanası” toplusundan daha altı kitab nəşr olunub. İndiyədək bu silsilədən 12 kitab çıxmışdı. Kitab Klubundan “Media forum”a bildiriblər ki, yeni nəşrlər Çingiz Aytmatovun, Orxan Pamukun, Mayn Ridin, Mark Tvenin, Conatan Sviftin və Knut Hamsunun seçilmiş əsərləridir.
Toplunun nəşr edilməsi haqqında sərəncamı prezident İlham Əliyev 2007-ci il avqustun 24-də imzalayıb. Həmin il dekabrın 30-da dövlət başçısı topluya daxil olan əsərlərin siyahısını təsdiqləyib. 2008-ci il sentyabrın 18-də isə İ.Əliyev nəşrə prezidentin Ehtiyat Fondundan 5 milyon manat məbləğində vəsait ayrılması haqda sərəncam imzalayıb.
Kitabların tərtibatını “Tutu”, çapını isə “Şərq-Qərb” nəşriyyatı həyata keçirir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO