“Əkinçi” mükafatının forması dəyişdiriləcək

Milli Mətbuat Günündə tədbirlər keçiriləcək

Milli Mətbuat Günü münasibətilə jurnalistlərə təqdim olunan mükafatın forması dəyişdirləcək.

Bu barədə Simsar.az saytına Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib. Sədirin sözlərinə görə, bununla əlaqədar olaraq müxtəlif firmalarla danışıqlar aparılır: “Hər il 22 iyul milli mətbat günü münasibətilə elan edilən müsabiənin qaliblərinə ali media mükafatı təqdim edilir. Bu ilki mükafat qəlibdən tökülmüş “Əkinçi” qəzetinin fonunda olacaq”.

Ə.Amaşov Milli Mərbuat Günü ilə bağlı regionlarda tədbirlərin keçiriləcəyini də deyib: “Aran rayonlarında mətbuatın vəziyyəti müzakirə olunacaq. Birinci tədbir Hacıqabulda, ikincisi isə Bərdədə düzənlənəcək: “Bərdənin tarixinin, abidələrinin təbliğində mətbuatın rolu ilə bağlı konfransda ədəbiyatşünaslar, memarlar iştirak edəcək. Konfrans çərçivəsində mədəni dəyərlərimizin qorunmasında jurnalistlərin marağını artırmaq məqsədilə müsabiqə elan olunacaq və ən yaxşı yazılar qiymətləndiriləcək”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO