İki qəzet reket elan olundu, bir sayta töhmət verildi

Mətbuat Şurası İdarə Heyətinin iclasında qurumun “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edib. O bildirib ki, komissiyanın dekabrın 1-də keçirilən iclasında 8 qəzetlə bağlı məsələyə baxılıb. İkisinin fıaliyyətində peşə prinsipləri ilə bir araya sığmayan hallar qabarıq nəzərə çarpdığından belə rəyə gəlinib ki, onların “reket nəşr” elan olunaraq Şuranın “qara siyahı”sına daxil edilməsi üçün ciddi əsaslar mövcuddur və bu nəzərə alınaraq İdarə Heyətinə təqdimat verilməlidir.

İH üzvləri çıxışlarında hər iki nəşr barədə oxşar fikirlərin MŞ-nin Şikayətlər üzrə Komissiyasının da rəylərində ifadəsini tapdığını vurğulayıblar. Beləliklə qərara alınıb ki, Salyan Rayon İcra Hakimiyyətinin və Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının “Polit press”, Ağdam Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin və həmin rayondakı Sukanal İdarəsinin “Yeni axtarış” qəzetləri barədə şikayətləri, həmçinin komissiyanın qərarları əsas götürülərək hər iki kütləvi informasiya vasitəsi “reket nəşr” elan olunsun və adları Şuranın “qara siyahı”sına daxil edilsin.

Məsələnin müzakirəsi zamanı razılığa gəlinib ki, adları bu siyahıya salınan KİV-lərlə bağlı MŞ-nin qərarlarını şərtləndirən cəhətlər barədə mediada yazıların təqdimatı xüsusi önəmə malikdir. Şura Katibliyi isə bu istiqamətdə tədbirlər həyata keçirməlidir.

Daha üç qərar çıxarıldı və “7gun.az” xəbər saytına töhmət verildi

İdarə Heyəti sonra daha üç qərar çıxarıb. İH üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli başçılıq etdiyi Şikayətlər üzrə Komissiyanın son rəyləri barədə məlumat verib. İdarə Heyəti qərara alıb ki, Saatlı Rayon İcra Hakimiyyətinin və AMİ-nin Qazax filialının “7gun.az” Xəbər Saytı ilə bağlı müraciətlərinə əsasən qəbul olunmuş rəylər qərar çıxarılması üçün yetərlidir. Sayta MŞ-nin xəbərdarlığı olunub. Onun baş redaktoru Cavid Şirəliyevə Xəbər Saytının fəaliyyətində dönüş yaratmaq tövsiyə edilib.

“Poliqon” Analitik İnformasiya Agentliyinin Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov barədə təqdim etdyi materialda da “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra bəndlərinin tələblərinə sayğısızlıq göstərildiyi MŞ qərarında yer alıb. Agentlik rəhbərliyinin nəzərinə çatdırılb ki, bu cür təqdimat etik prinsiplərlə qətiyyən bir araya sığmır və gələcəkdə təkrar olunacağı təqdirdə onun barəsində daha ciddi ölçü götürülə bilər.

Mətbuat Şurası üzvlüyünə qəbul

Həmin gün Azərbaycan Mətbuat Şurası sıralarına daha üç yeni üz qəbul olunub. İH üzvləri “Discovery Azerbaijan” jurnalının, “Yeni liqa” qəzetinin, “Tele-inform” Xəbərlər Mərkəzinin müraciətlərini nəzərdən keçirərək bunun üçün tam əsaslar olduğunu müəyyənləşdiriblər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO