Keçmiş nazir məhkəmədə jurnalistə uduzub

Moskva vilayəti Tver məhkəməsi Rusiyanın keçmiş rabitə naziri Leonid Reymanın «Forbes» jurnalının rus dili redaksiyasının sabiq baş redaktoru Timofey Dzyadko qarşı «şərəf və ləyaqətini müdafiəsi» ilə bağlı qaldırdığı iddianı təmin etməyib.

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Reymanın məhkəməyə mübarciət etməsinə səbəb jurnalın sabiq nazirə və Almaniyanın bir sıra dövlət rəsmilərinə qarşı cinayət işinin açılmasına dair materialı çap etməsi göstərilir.

Reyman iddia edib ki, bu yazı onun «işgüzar nüfuzuna, şərəf və ləyaqətinə zərbə vurub».O, dəymiş «mənəvi ziyana» görə jurnalın yüz min rublluq iddia qaldırmaqla yanaşı, dərginin üzr istəməsini və təkzib verməsini də istəyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO