Kağız bloknot erası başa çatır

Kağız bloknot erası başa çatırBloknotu əvəz edəcək maye kristal planşet buraxılıb
“Improv Electronics” şirkəti kağız bloknotları əvəz etmək üçün nəzərdə tutulmuş maye kristal planşet təqdim edib.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni qurğuda “Kent Displays” şirkətinin istehsal etdiyi “Reflex LCD” səthi istifadə olunub.
“Reflex LCD” toxunmanı tanıyır və yazılanları saxlamaq imkanına malikdir.
Planşetdə yazan zaman enerji sərf olunmur. Enerji sərfiyyatı yalnız silinmə zamanı baş verir. Qurğu 50 min silinmə üçün kifayət edən kiçik batareya ilə təchiz olunub.
Yazmaq üçün xüsusi stilusun qurğu ilə birlikdə təqdim olunmasına baxmayaraq, onun əvəzinə istənilən bərk əşyadan istifadə etmək olar. Planşetin üz səthi basılmanın gücündən asılı olaraq müxtəlif qalınlıqlı xətt çəkmək imkanı verir. Lakin onun üzərində yazılanların bir hissəsini silmək mümkün deyil. Həmçinin “Boogie Board” yazılanları digər qurğuya, yəni kompüter, noutbuk və ya mobil telefona hələlik ötürə bilmir.
Yeni məhsul 30 dollara satışa çıxarılıb. Burada həyata keçirilən hər silinmənin qiyməti adi kağız bloknotdakından 15 dəfə daha ucuzdur.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO