“KATV1 ” kabel televiziyasının yeni mərkəz istifadəyə verilib

“KATV1” kabel televiziyası abunəçilərin rahatlığını təmin etmək məqsədi ilə xidmət mərkəzlərinin sayını artırır.

Şirkətdən SalamNews-a verilən məlumata görə, Bakı şəhəri Səbail rayonunda da yeni mərkəz istifadəyə verilib.

Açılış mərasimində “AG Telekom” (KATV1 brendinin sahibi) şirkətinin nümayəndələri və qonaqlar iştirak ediblər. “AG Telekom” şirkətinin Baş direktoru Samir Qurbanov şirkətin yaranma tarixindən danışaraq “KATV1” kabel televiziyasının dinamik inkişaf etdiyini, əhatə dairəsini gün-gündən genişləndiyini bildirib. O vurğulayıb ki, indi təkcə paytaxt Bakıda deyil, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində də şirkət əhaliyə yüksək səviyyədə xidmət göstərir.

“KATV1” kabel televiziya operatorunun abonentləri Üzeyir Hacıbəyov 98B ünavnında yerləşən Səbail xidmət mərkəzində şirkətin fəaliyyəti barədə məlumat əldə edə, kabel şəbəkəsinə qoşulmaq üçün sifariş verə bilərlər. Ödənişlərin qəbulu, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə bağlı da yeni mərkəzə müraciət etmək olar.

Xatırladaq ki, hazırda ölkə üzrə KATV1 kabel televiziyası operatorunun 13 xidmət mərkəzi fəaliyyət göstərir. Bunlardan 9-u Bakı şəhərində, 4-ü isə (Gəncədə 2 mərkəz, Mingəçevir və Xırdalan şəhərlərində isə 1 mərkəz ) regionlardadır. Şirkət indi abonentlərə yüksəksürətli internet xidməti də göstərir. Bundan əlavə, “KATV1 ” qəzeti vasitəsilə abonentlər retranslyasiya olunan telekanalların proqramları və digər maraqlı məlumatlarla tanış ola bilərlər.

– See more at: http://az.salamnews.org/az/news/read/73625/katv1-kabel-televiziyasinin-yeni-merkez-istifadeye-verilib/#sthash.qJkHVeKf.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO