Kaspi “qəzetinin 130 illiyi münasibətilə məqalə qəbuluna başlayıb

“Kaspi” qəzeti Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi və qəzetin 130 illiyi münasibətilə elmi və publisistik məqalələrin qəbuluna başlayıb.

Məqalələr üçün təklif olunan mövzular bunlardır:

1. XIX əsrin sonları – XX əsrin əvvəllərində Azərbaycan mətbuatının yaranması və “Kaspi” qəzetinin mətbuat tarixində yeri;

2. Azərbaycanda maarifçilik hərəkatında “Kaspi” qəzetinin rolu;

3. “Kaspi” qəzeti işıqlı ziyalıların əsas tribunası kimi;

4. Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Kaspi” qəzeti;

5. “Kaspi” qəzeti Azərbaycan tarixini öyrənən mənbə kimi;

6. Azərbaycanın müstəqillik əldə etməsindən sonra “Kaspi”nin nəşrinin bərpa olunması və yeni mərhələdə fəaliyyəti;

7. Müstəqil Azərbaycan mətbuatı və “Kaspi” qəzeti;

8. “Kaspi” qəzetinin dil, üslub təhlili və tematikasının araşdırılması.

Hər nominasiya ilə bağlı məqalələrə say və ya həcm məhdudiyyəti qoyulmur. İşçi qrup tərəfindən dəyərləndirilən məqalələr kitab halında dərc olunacaq. Kitabda məqaləsi dərc olunan müəlliflərə 300 manat qonorar veriləcək. Bir müəllif yalnız bir məqalə təqdim edə bilər.

“Kaspi” qəzetindən “Media forum” saytına bildiriblər ki, işçi qrupa nüfuzlu jurnalistlər, tarixçilər, media ekspertləri daxildir.

Yazıların qəbulu aprelin 1-dən avqustun 31-ə kimi davam edəcək. Yazılar yalnız elektron versiyada “Kaspi” qəzetinin redaksiyasında (Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Mətbuat Evi, 5-ci mərtəbə. Əlaqə telefonu: 510-61-93) qəbul olunur, eyni zamanda qəzetin elektron ünvanına ([email protected]) da göndərilə bilər.

Məqalə təqdim edən müəlliflər fotolarını da təqdim etməklə, özləri haqqında yığcam məlumat verməlidirlər.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO