Jurnalistlərin binası Bibiheybətdə tikiləcək

Jurnalistlərin binası Bibiheybətdə tikiləcək16 mərtəbədən ibarət 3 binanin inşa olunacaği planlaşdirilir

Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa ediləcək binaların məkanı müəyyənləşib. Binaların inşası üçün Bibiheybət qəsəbəsində “yeni yaşayış massivi” adlı ünvanda 0,7 hektar torpaq sahəsi ayrılıb. Ərazidə artıq layihələndirmə işləri aparılır.
Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Yardım Fondunun icraçi direktoru Vüqar Səfərli binanın layihəsinin 1 həftəyə hazır olacağını deyib. Onun sözlərinə görə tikinti üçün Dövlət Əmlak Komitəsindən də icazə alınb. Layihə hazır olandan sonra isə tikintini aparacaq şirkətin müəyyənləşdirilməsi üçün tender elan olunacaq. “Biz əsasən fikirləşirik ki, həmin binada 2 otaqlı və 3 otaqlı mənzillər olsun, 2 otaq 50-60 kvadratmetr sahəni əhatə etsin. 3 otaqlıların isə 70-80 kv.m sahəsi olacaq”, – deyə Vüqar Səfərli bildirib.
V.Səfərli onu da vurğulayıb ki, binaların tikintisinin təxminən 1 il çəkəcəyi gözlənilir. Bir ildən sonra bu binalarda mənzil sahibinə çevriləcək jurnalistlərin hansi kriteryalar əsasında seçiləcəyi məlum olacaq. “Kriteriyalar hələ müəyyənləşdirilməyib. Yəqin ev tikintisi başlayandan sonra o kriteriyalar müəyyənləşəcək, müzakirələr olacaq. O müzakirələrdən sonra hansı kriteriyalar müəyyənləşəcəksə, biz qəzetdə, televiziyada elan verəcəyik. Jurnalistlərin hər biri fərdi şəkildə sənədlərini toplayıb Fonda verəcək. Fondda həmin sənədlərə komissiya tərəfindən baxılacaq və kimin ehtiyyacı varsa, həmin jurnalistə mənzil veriləcək”.
Qeyd edək ki, 16 mərtəbədən ibarət 3 binanın inşa olunacağı və hər biri binada 100-120 mənzilin yerləşəcəyi planlaşdırılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO