Jurnalistlərin Beynəlxalq Müdafiə Komitəsi Filippini jurnalistlər üçün ən təhlükəli ölkə elan edib

Jurnalistlərin Beynəlxalq Müdafiə Komitəsi 2009-cu ili bu peşə sahibləri üçün “ən qaranlıq il” kimi qiymətləndirib.APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən məlumatına görə, dünyanın 25 ölkəsində 121 jurnalist qətlə yetirilib ki, bu da 2008-ci illə müqayisədə 33% artıqdır.

Beynəlxalq komitə öz illik hesabatında dünyanın müxtəlif yerlərində 150-dən çox jurnalistin həbs olunduğunu, o cümlədən İranda baş vermiş son hadisələr zamanı jurnalistlərin tutulmasını pisləyib.

Komitə qeyd edib ki, 2009-cu ildə jurnalistika tarixində kütləvi qırğın müşahidə olunub. Belə ki, ötən il noyabrın 23-də seçki kampaniyasını izləmək üçün Filippinə yollanan 31 jurnalist bir gündə qətlə yetirilib.

Hesabatda bildirilir ki, Filippin jurnalistika sahəsində iş üzrə ən təhlükəli dövlətlərin başında durur (38 jurnalistin ölüm faktı. 2-ci yeri Meksika (13 jurnalist ölümü) tutur. Daha sonra Somali (9 jurnalist ölümü), Pakistan (8 jurnalist ölümü) və Rusiya (7 jurnalist ölümü) gəlir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO