Jurnalistləri Müdafiə Komitəsi Eynulla Fətüllayevi azad etməyə çağırıb

Nyu-Yorkda mənzillənmiş Jurnalistləri Müdafiə Komitəsi (CPJ) həbsdə olan jurnalist Eynulla Fətüllayevin azad olunmasına çağırıb. Təşkilat bildirir ki, Azərbaycan Avropa İnsan Haqları məhkəməsinin müfaviq qərarını icra etməldir.

“Bakı Avropa Konvensiyasına qoşulan ölkə kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməldir”,-deyə təşkilatın bəyanatında bildirilib. Komitə bildirir ki, Azərbaycan İnsan Haqları üzrə Avropa Konvensiyasını 2002-ci ildə imzalayıb və o vaxtdan bəri əsas haqların təminatçısı kimi vətəndaşlarının hüquqlarını qorumalıdır.

Beynəlxalq təşkilatın bəyanatında bildirlib ki, məhkəmə qərarının icra edilmədiyi təqdirə, Avropa Şurası Nazirlər Komitəsi tərəfindən Azərbaycana qarşı müxtəlif cərimələrdən tutmuş təşkilatdan xaric edilmə kimi sanksiyalar tətbiq oluna bilər.

Eynulla Fətullayev 2007-ci ildə jurnalist 8 il yarım müddətinə məhkum edilmişdi. 2009-cu il dekabrın 30-da jurnalistə narkotiklərin istifadəsi ilə bağlı yeni ittihamlar təqdim olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO