Jurnalistlər və məmurlar mükafatlandırıldılar

Martın 4-də İçərişəhərdəki Muğam Klubunda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası 2009-cu il üçün qalib hesab etdiyi media qurumları və təmsilçilərini, ayrı-ayrı şəxsləri müxtəlif nominasiyalarda mükafatlandırıb.
Modern.az xəbər verir ki, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova tədbirdə çıxış edərək qalibləri təbrik edib.
Sonra qaliblərə diplomlar təqdim olunub. Qaliblər aşağıdakılardır:

Mətbuatda açıq diplomat – ATƏT-in Azərbaycandakı nümayəndəliyin rəhbəri Ali Bilge Cankorel;
İlin İnformasiya agentliyi – AzərTAc;
İlin regional televiziyası –ELTV, KƏPƏZ TV, Kanal F;
İlin telviziyası –AzTV;
İlin ən yaxşı xəbər portalı – Day.az;
İlin ən yaxşı qadın jurnalı – “Azərbaycan qadını”;
İlin internet qəzeti – Mediaforum.az;
Azərbaycan milli mətbuatının inkşafında xidmətlərinə görə – Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdri Əli Həsənov;
Mətbuata açıq dövlət məmuru – xarici işlər nazirinin müavini, Ali Diplomatiya Kollecinin rektoru Hafiz Paşayev;
İlin jurnalist qadını – “Kaspi”qəzetin əməkdaşı Təranə Məhərrəmova;
İlin jurnalist qadını – İTV-nin əməkdaşı Gulşən Əliyeva;
İlin xəbər aparıcısı – ATV-nin əməkdaşı Samirə Mustafayeva;
İlin ən yaxşı idman kanalı –AzTV idman;
İlin ictimai-siyasi verilişi – “Aktual xəbər” (Xəzər TV);
İlin siyasi-analitik verilişi – “Səda-həftə” (Lider TV);
Türk dünyası, türk xalqlarının ortaq tarixi haqqında maarifləndirmə, təbliğat işlərinə görə – “Şərq” və “Olaylar”qəzetləri;
İlin region qəzeti – “Mingəçevir işıqları”;
Reportyor işinə görə mükafat – Vusalə Rüstəmova (İTV);
Jurnalistikaya verdiyi töhfələrə görə – Mətbuat Şurasının sədri Əflatun Amaşov;
Qadın, sağlaülıq məsələləri və “Genofondumuzu qoruyaq” layihəsinin təşkilində göstərdiyi xidmətlərə görə – “Qazelli” MMC-nin prezidenti Zərifə Həmzəyeva;
Mətbuatda göstərdiyi dəstəyə görə – “Azercell Telekom” MMC.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO