Jurnalistlər Respublika günündə Bakıdan Gəncəyə gediblər

Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü 28 May – Respublika günü münasibəti ilə Gəncə şəhərinə səfər edib. İstiqlal gününün 94-cü ildönümündə jurnalistlər Cavadxan küçəsində olan tarixi yerlərə baş çəkiblər. PJB üzvləri həmçinin Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək, Gəncədə aparılan bərpa və yenidənqurma işələri ilə tanış olublar.

Səfər çərçivəsində Parlament Jurnalistləri Birliyi Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Aqrar Universitetinin rektoru və eləcə də digər vəzifəli şəxslər iştirak ediblər.

Tədbirlə bağlı geniş məlumat veriləcək.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO