Jurnalistlər plastik kart gəzdirmirlər

İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə insanlar artıq hər şeyi texnika ilə idarə etməyə çalışırlar. Evdən çıxmadan bütün sifarişləri vermək, ödənişləri etmək və s. Bütün bunlar isə plastik kartlar vasitəsilə həyata keçirilir. Elektron hökümətə keçdiyimiz dövrdə də plastik kartlardan istifadə vacibdir.

Xarici səfərlər zamanı da plstik kartlardan istifadə insanların nağd pul gəzdirməsi hallarını asanlaşdırır ki, bunun da bir çox üstünlükləri var.

Bəs jurnalistlər arasında plastik kartlardan istifadə edənlər varmı? Nə zaman bu kartlar onların imdadına yetişir?

Modern.az-ın əməkdaşı KİV nümayəndələrindən cavab öyrənməyə çalışıb.

Müstəqil jurnalist Çingiz Sultansoy plastik kartlardan istifadə etmir. Səbəbini isə maddi vəziyyətinin o dərəcədə yaxşı olmaması ilə izah edib. Lakin o, gələcəkdə plastik kartlar üçün müraciət etməyi düşünür. Çingiz Sultansoy deyir ki, plastik karın istifadəsi üçün Azərbaycanda da ticari səviyyənin yüksəlməsini gözləmək lazımdır.

“Qol.az” saytının redaktoru Aydın Bağırov 5-6 ay olar ki, plastik kartlardan istifadə edir. O bu kartlardan bəzi xərclərini evdən çıxmadan inernet vasitəsilə ödəmək üçün istifadə edir.

“Məsələn, plastik kartla internet vasitəsilə mobil telefon yükləmələrimi həyata keçirirəm. Xarici səfərlərimdə də plastik kartlardan istifadəyə üstünlük verirəm. Amma Azərbaycanda plastik kartlarla alış-veriş etmək mümkün olmadığı üçün çox istifadə etmirəm. Eyni zamanda plastik kartlardan istifadə bədxərcliyin də qarşısını alır”.

“Milli.az” saytının əməkdaşı Şahin Cavadsoy hələ tələbə vaxtlarından plastik kartlardan istifadə edir. O, xarici səfərlər zamanı plastik kartlardan istifadənin məqsədəuyğun olduğunu deyir: “Üstündə nağd pul gəzdirmirsən, üstəlik pulun bitəndə bilirsən ki, bankda müəyən qədər paran var və bankomat vasitəsilə istədiyin qədər çəkib xərcləyirsən. Ancaq plastik kartlardan bizim alış-veriş mərkəzlərində istifadə etmirəm. Onların bir çoxunda post-terminallar quraşdırılsa da, satıcıların çoxu ondan istifadə etməyi bilmir və bəzən insanları problemə salırlar. Yəni bizdə xidmət səviyəsi o dərəcədə olmadığı üçün plastik kartlardan o qədər də istifadə edilmir”.

“ANS” televiziyasının əməkdaşı Aytən Səfərova xərcləmələrinin demək olar ki, xeyli hissəsini plastik kartlar vasitəsilə edir. “Üstündə nağd pul gəzdirmirsən, qəpik-quruş söhbəti olmur. Alıış-veriş mərkəzlərində post-terminallar quraşdırılandan mən plastik kartlradan istifadə edirəm, yəni hardasa 1 il olar”.

“Azad Azərbaycan” radiosunun direktoru Emin Musəvi də plastik kartlardan istifadə edən jurnalistlər sırasındadır. O artıq 3-cü ildir ki, müəyən xərcləmələrini plastik kartlar vasitəsilə edir. “Məndə iki plastik kart var, biri bankın limiti əsasında verdiyi kredit, bunu xərcləyən zaman sonradan yerinə qoymalısan. Digəri isə öz pullarımı yerləşdirdiyim kartdıır. Ən çox sonuncudan istifadə edirəm. Plastik kartlardan daha çox xarici ölkələrə səfər zamanı istifadə edirəm. Azərbaycanda bu qaydaya təzə keçdikləri üçün daha çox nağd ödəmələr vasitəsilə ödəmələri edirəm.

“New Baku Post” qəzetinin redaktoru Kənan Quluzadə 90-ci illərdən plastik kartlardan istifadə edir. O plastik kartlardan Azərbaycanda dah çox nağd pul çıxartmaq, xaricdə isə xidmətlərin ödəmələrini vermək üçün istifadə edir.

“Azərbaycanda plastik kartlardan istifadə o qədər də rahat deyil. Çünki ölkədə heç bir bankın geniş yayılmış bankomat sistemi yoxdur. Plastik kartını istifadə etdiyim bankın bankomatını tapmaq üçün uzaq məsafə qət etməli oluram”-deyə jurnalist bildirir.

Onun sözlərinə görə, əvvəllər post-terminallar olmadığı üçün plastik kartdan istifadə lazım olmurdu. Amma “Eurovision” Mahnı Müsabiqəsinə görə artıq restoranlarda, taksilərdə post-terminallar quraşdırılmağa başlanılıb. “Xidmət səviyyəsi qalxdıqca və post-terminallar geniş yayıldıqca gələcəkdə plastik kartlardan ölkədə ödəmələri etmək üçün də istifadə edəcəm”.

“Yurd” TV-nin əməkdaşı Səadət Məmmədova 2007-ci ildən plastik kartdan istifadə edir. “Əvvəlki işimdə məvaacibi kartla alırdım və ən xırda ödəmələri belə, kartla edirdim. Çox rahat idi. Amma indi kredit kartdan daha çox xaricdə olarkən istifadə edirəm”.

Amma həmkarımız yaxın vaxtlarda kiçik məbləğdən də ibarət olsa, hesab açmağı düşünür. “Bununla telefonpulu, xırda kommunal xərcləri ödəmək rahat olur. Hələ başqa şeyləri demirəm”.

Kredit kartından ölkədə az istifadə etdiyini deyən S.Məmmədova ödənişi plastik kartla etmək istəyəndə də post-terminal olmadıığını qeyd edib.“Məsələn, hardasa ödəmə edərkən nağd pulum az olub, karlta ödəmək istəmişəm. Amma post-terminal olmayıb ya da işləməyib”.

Göründüyü kimi kartdan istifadə hələlik KİV işçiləri arasında o qədər də populyar deyil. Jurnalistlər hələ ki, ənənəvi “soğan olsun, nağd olsun” prinsipinə üstünlük verirlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO