Jurnalistlər onlayn araşdırma aparırlar

Jurnalistlər onlayn araşdırma aparırlarATƏT-in Bakı ofisinin təşəbbüsü ilə Azərbaycanın bir qrup mətbuat nümayəndəsi üçün “Onlayn Araşdırma Jurnalistikası” mövzusunda təlim başlayıb.
APA-nın məlumatına görə, 4 gün ərzində intensiv kurs sistemi üzrə keçiriləcək təlimdə jurnalistlərə müasir texnologiyalardan bəhrələnərək informasiyaların toplanması və araşdırma materiallarının yazılması öyrədiləcək.Təlim çərçivəsində uğurlu araşdırma layihələrindən nümunələr göstərilərək, media hesabatları – ümumi konsepsiya, risk faktorları və müsbət cəhətlər üzərində müzakirələr aparılacaq. Layihədə iştirak edən jurnalistlərə insan alveri probleminin izlənilməsi prosesi barədə də təcrübə kursu keçiriləcək.
Təlimdə iştirakçılar araşdırma aparmaq üçün komandalara bölünəcək və onlara məlumat faylları veriləcək.
Proqram çərçivəsində layihənin təlimçiləri Xədicə İsmayılova və rumıniyalı jurnalist Paul Radu məruzələrlə çıxış edəcəklər. Layihə boyu jurnalistlərlə rəsmi şəxslər arasında söhbətlərin təşkili də nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO