Jurnalistlər üçün yeni müsabiqə elan edilib

Jurnalistlər üçün yazı müsabiqəsi elan olunub. Modern.az-ın məlumatına görə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) «Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi» layihəsi jurnalistlər arasında “Mənzil qanunvericiliyi və onun tətbiqi praktikasının problemləri” mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edib.

Müsabiqəyə Mənzil Məcəlləsinin tətbiqi praktikasında yaranan problemlərə, onları doğuran səbəblərə və problemlərin həlli yolları ilə əlaqədar məsələlərə toxunan araşdırma xarakterli məqalələr qəbul edilir.

Məqalələrin qiymətləndirilmə meyarları:
– mövzunun baş vermiş hadisə(lər) əsasında açıqlanması, konkret nümunədən çıxış etməklə ictimai maraq kəsb edən problemlərin işıqlandırılması;
– həmin problemlərin obyektiv və subyektiv səbəblərinin araşdırılması;

– yazının mənzil hüquqlarının müdafiəsi və aidiyyəti qanunlar ilə tənzimlənməsinin təbliği baxımından əhəmiyyəti;
– yazının peşəkarlıq səviyyəsi (mövzunu tam əhatə etməsi, anlaşıqlı olması, kompozisiya zənginliyi, ekspertlərdən yararlanmaqla müxtəlif baxışların balanslaşdırılması, başlığın orijinallığı və dizaynın imkan dairəsində göz oxşaması).

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.
Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:
Birinci yer – 500 AZN
İkinci yer – 400 AZN
Üçüncü yer – 300 AZN

Müsabiqənin texniki şərtləri:
1. Jurnalistlər müsabiqəyə 2012-ci il Dekabr 17 –dən 2013-cü il Yanvarın 31-dək dövri mətbuatda dərc edilən və ya tanınan internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir müəllif ikidən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən hər bir kəs aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdır.
2. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in «Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi» layihəsinin Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO