Jurnalistlər üçün yenə də müsabiqə elan olundu

Modern.az xəbər verir ki, Sosial Rifah Partiyası “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi ilə birgə Milli Mətbuatın 135 illiyi ilə əlaqədar erməni təcavüzü və onun Azərbaycan xalqı üçün törətdiyi fəlakətləri əks etdirən aşağıdakı mövzularda yazılar üzrə müsabiqə elan edir:

– işğal olunmuş ərazilərin təbii-iqtisadi potensialı və onun beynəlxalq standartlar üzrə qiymətləndirilən dəyəri;
– işğal altında olan ərazilərin ekoloji vəziyyətinin müqayisəli təhlili (1988-2010);
– Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına erməni işğalının vurduğu ziyan;
– azərbaycanlıların sosial durumuna erməni təcavüzünün sarsıntıları və onun təsiri;
– hərbi xərclərin artımı, qaçqın və məcburi köçkünlərin maddi-mənəvi təminatı problemləri;
– münaqişənin həllinin uzadılması: regional və qlobal geosiyasi aspektlərlə bağlı olan maddi-mənəvi ziyanlar.

Müsabiqənin şərtləri:

Təqdim olunan materiallar 10 səhifədən çox olmamaq şərtilə, Microsoft Word proqramında Times New Roman şriftində yazılmalı, materiallar həm yazılı mətn, həm də elektron formasında təqdim olunmalıdır.

Yuxarıda qeyd olunan mövzular üzrə qalib müəlliflərə

– birinci yer üçün – 200 AZN
– ikinci yer üçün – 150 AZN
– üçüncü yer üçün – 100 AZN

məbləğində mükafat müəyyən olunub. Qeyd edək ki, yuxarıdakı 6 istiqamətin hər biri üzrə üç (1-ci, 2-ci, 3-cü yerlər) mükafat veriləcək. Yazılar iyunun 12-dən iyulun 15-dək dərc olunmalı və təşkilatçılara təqdim edilməlidir. Layihənin koordinatoru Kamil Həmzəoğludur.(Əlaqə: 050 3219801).

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO