Jurnalistlər üçün lüğət

Azərbaycanda jurnalistlərin terminlərdən düzgün istifadə edə bilməsi üçün nəzarət mexanizmi hazırlanacaq. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq, jurnalistlər üçün genişhəcmli izahlı terminlər lüğəti də hazırlanaraq çapa göndərilib. Lüğət yaxın bir ay ərzində çap ediləcək. Bundan sonra isə onun təqdimatı keçiriləcək. Bu lüğətdə terminlərin izahı ilə yanaşı, onun rus, ingilis və Azərbaycan dillərində qarşılıqları da verilib.

Sadıqova deyib ki, indiyədək jurnalistlər üçün 70-80 səhifəlik izahlı lüğət olub.

“Amma bu, ilk irihəcmli terminlər lüğətidir. Terminlər yazılarkən və söylənilərkən bu lüğətdən mütləq şəkildə istifadə edilməlidir”, – Sadıqova deyib.

Komissiyanın sədr müavini onu da bildirib ki, hazırda korroziya, avtomobil nəqliyyatı üzrə izahlı terminlər lüğəti hazırlanır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO