Jurnalistlər üçün daha bir müsabiqə elan edildi

Jurnalistlər üçün daha bir müsabiqə elan edildiAzərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın 2.36-cı bəndinə (sığorta- pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq “Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir” mövzusunda mövzusunda müsabiqə elan edib. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Müsabiqənin şərtləri:

Müsabiqəyə 20 fevral 2011-ci il tarixdən 01 aprel 2011-ci il tarixə kimi mətbuatda dərc olunmuş sığorta-pensiya sistemində şəffaflığın təmin olunmasına xidmət edən islahatların, xüsusilə avtomatlaşdırılmış pensiya təyinatına keçidin təmin olunması, sığortaolunanların fərdi şəxsi hesablarında toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradılması məqsədilə həyata keçirilən tədbirlərin, informasiya texnologiyaları vasitəsilə əhali üçün yaradılan xidmət növlərinin səmərəliliyinin və qeyd olunan mövzuda digər məsələlərin əksini tapdığı analitik məqalələr və televiziyada göstərilmiş telesüjetlər təqdim edilməlidir.

Məqalələr 5 min işarədən, telesüjet isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Məqalə və telesüjetlər 01 aprel 2011-ci il tarixindən gec olmayaraq, hansı qəzet və jurnalda dərc olunduğu və televiziya kanalında nümayiş etdirilməsi (tarix və nömrəsi) göstərilməklə Komissiyaya təqdim edilməlidir.

Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və telesüjetlərin müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:

Qəzetdə çap olunmuş ən yaxşı məqalələr üzrə:

1-ci yer – 800 manat;
2-ci yer – 500 manat;
3-cü yer – 300 manat.

Televiziya kanallarında verilmiş ən yaxşı telesüjet üzrə:

1-ci yer – 800 manat;
2-ci yer – 500 manat;
3-cü yer – 300 manat.

Hər iki nominasiya üzrə ümumilikdə 10 həvəsləndirici mükafat – cəmi 1000 manat məbləğində.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan yazıları qiymətləndirməkdən ötrü DSMF-nin rəhbər və mütəxəssislərindən ibarət Komissiya yaradılıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO