Jurnalistlər üçün “Azərbaycanda qeyri-yoluxucu xəstəliklərin risk faktorları” mövzusunda brifinq keçiriləcək

Sentyabrın 20-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentlyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən təşkil olunan “Azərbaycanda qeyri-yoluxucu xəstəliklərlə bağlı vəziyyət və qeyri-yoluxucu xəstəliklərin risk faktorları” mövzusunda jurnalistlər üçün brifinq keçirəcək. Brifinqdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə Siyasəti və İslahatlar şöbəsinin müdiri, Töhfə Cəmilova mövzu ilə bağlı təqdimatla çıxış edəcək, sualları cavablandıracaq. Bu barədə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzindən “Olaylar”a verilən məlumata görə, bu, Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin artıq 3-cü brifinqi olacaq. Daha öncəki brifinqlər vərəm və onunla bağlı stiqma və ana südü ilə qidalandırma mövzularında keçirilib. Sentyabrın 20-də keçiriləcək brifinqdə həmçinin 12 martda elan olunan “Vərəmlə bağlı stiqmaya qarşı mübarizə” mövzusunda keçirilmiş yurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanacaq və qaliblərə mükafatlar təqdim olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO