Jurnalistlər Masazır Duz Zavodunda olub

Jurnalistlər Masazır Duz Zavodunda olub“Azərsun Holdinq” şirkəti dünən Masazır Duz Zavoduna jurnalistlərin səfərini təşkil edib. Yüksək səviyyədə təşkil olunan səfərdə jurnalistlər zavodun fəaliyyəti ilə yaxından tanış olublar. Həqiqətən də, Azərbaycanda ciddi problemlərdən biri olan yodsuz duz məsələsi bu zavodun fəaliyyətə başlaması ilə tamamilə aradan qaldırılıb. İnsanlarda ciddi xəstəliklərin yaranmasına səbəb olan yodsuz duz probleminin həll olunmasını reallaşdırdığı üçün “Azərsun Holdinq” şirkətinə minnətdar olmaq lazımdır. Zavod yüksək standartlara uyğun və xarici mütəxəssislərin rəyi əsasında formalaşdırılıb. Zavodla tanışlıq zamanı yüksək texnologiya ilə təminat və istehsal prosesi adamı heyran edir. Zavodun istehsal etdiyi yodlu duz artıq Aəzrbaycan bazarlarından kənara çıxmağa da başlayıb. Fabrik direktoru Əli Kamal Yılmaz zavod barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Duz Zavodu insanlara layiqli xidmət məqsədilə əlindən gələni əsirgəməyəcək: “Azərsun Holdinq” şirkətinin bütün məhsulları keyfiyyəti ilə seçilib. Yodlu duz istehsalı da məhz bunlardan biridir. Biz duz gölünü 35 illik icarəyə götürmüşük. Burada təxminən 700 min ton xammal var. Bunu isə 35 il ərzində istehsal etmək mümkündür. Bununla yanaşı göldə yeni duz mənbələri də əmələ gəlir. Habelə digər duz qaynaqlarımz da var. Azərbaycanda il ərzində duza tələbat 35-40 min tondur. Zavodumuz isə təxminən hər il 90 min ton duz istehsal etmək gücünə malikdir. Amma bir sıra avadanlıqları quraşdırdıqdan sonra istehsal gücü daha da artacaq. Həqiqətən də zavod ən müasir texnologiya ilə təchiz olunub. Və burada ən keyfiyyətli məhsul hazırlanır. Həm xörək, həm də süfrədə istehsal olunan duzlar yodlaşdırılıb”. Ə.K.Yılmaz duz gölündə kustar üsulu ilə duz toplayan insanları işlərindən etməmək üçün onlara mane olmadıqlarını bildirib: “Zavodda nə qədər işçi götürmək mümkündürsə biz bunu etmişik. Və hazırda burada 130 nəfərə yaxın adam çalışır. Duz gölündə kustan üsulu ilə duz toplayan şəxslərə də şərait yaratmışıq. Onların topladığı duzun bir tonunu 10 manata alırıq. Bir nəfər demək olar ki, gün ərzində ən azı 5 ton duz toplayır. Gətirmək və avtomobillərə yığmaq işini biz həyata keçiririk. Onları işsiz qoymamaq üçün göldə duz toplamalarına mane olmuruq”. Fabrik direktoru artıq Gürcüstana duz ixrac etdiklərini də deyib. Onun sözlərinə görə, yaxın illərdə bütün MDB ölkələrinə duz ixrac edəcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO