Jurnalistlər arasında ekologiya ilə bağlı müsabiqə élan edildi

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Ekologiya mövzusunun Kütləvi İnformasiya Vasitlərində işıqlandırılmasına dəstək” birgə layihəsi üzrə müsabiqəyə dair tədbir keçirilib.
Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, KİV DF-nin iceaçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər media nümayəndələri iştirak edib.

Nazir Hüseynqulu Bağırov çıxış edərək tədbirin məqsədindən danışıb. Daha sonra müsabiqə haqqında məlumat verərək qeyd edib ki, artıq ikinci dəfədir ki, belə müsabiqə élan olunur. O, keçən ilki müsabiqədə 37 jurnalistin qalib olduğunu xatırladıb.

Daha sonra Vüqar Səfərli çıxış edərək müsabiqənin şərtləri haqqında danışıb. “Bu il müsabiqə 5 istiqamət üzrə nəzərdə tutulub. Hər istiqamətdə 3 mövzu olacaq. Ümumiikdə 15 qalib nəzərdə tutulub. Birinci yerin qalibinə 1000, ikinci yerə 800, üçüncü yerə isə 500 manat mükafat verilməsi nəzərdə tutulur. Bundan əlavə, 10 nəfərin hər birinə də həvəsləndirici mükafat olaraq 300 manat veriləcək”.

Tədbirdə çıxış edən Əflatun Amaşov da ətraf mühitin mühafizəsindən və jurnalistlərin bu işə cəlb olunmasından danışıb. O bildirib ki, jurnalistlər də bu problemin aradan qaldırılmasına da kömək edə bilər.

Sonda isə ekologiya və təbii sərvətlər naziri jurnalistlərin suallarını cavablandırıb. Müsabiqə ilə bağlı təkliflərini irəli sürən jurnalistlərə cavabında nazır bildirib ki: “kimin nə təklifi varsa, sabah günortaya qədər yazıb göndərə bilər”.

Qeyd edək ki, müsabiqə ilə bağlı yazılar aprel ayının 15-dən mayın 27-ə qədər qəbul olunur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO