Jurnalistin meyiti tapılıb

İTAR-TASS-ın Küveytdəki nümayəndəliyinin rəhbəri Vyaçeslav Ançikov bu ölkədə müəmmalı şəkildə ölüb. Modern.az bildirir ki, jurnalistin cəsədi bu gün Əl-Küveytdə, yaşadığı evdə qan içində tapılıb. Rusiya səfiri Aleksandr Kişnyak məlumatı təsdiqləyib.
“Hazırda jurnalistin ölüm səbəbləri araşdırılır”-deyə səfir bildirib. İTAR-TASS-ın baş direktorunun müavini Aleksey Qolyayev bildirib ki, Ançikovun öldürülməsi versiyası az inandırıcıdır.
“Bizə elə gəlir ki, şiddətli istilərdən halı pisləşib. Yıxılarkən başı sərt şəkildə döşəməyə dəyib. Dəqiq məlumatı araşdırmadan sonra demək olar” -deyə o vurğulayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO