Jurnalistin deputatlığa namizədliyi qeydə alınmadı

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy qeydə alınmayıb.
Bu barədə Modern.az saytına jurnalisdtin özü məlumat verib. Həmkarımız deyib ki, 72 saylı Dairə Seçki Komissiyası oktyabrın 11-də onun namizədliyinin qeydə alınması məsələsinə baxıb və imtina qərarı qəbul edib.

“Buna əsas kimi mənə imza verən vətəndaşların ərizə yazaraq imzalarından imtina etmələri göstərildi. Yardımlı Rayon İcra Hakimiyyətinin təzyiqləri nəticəsində 220-dək seçici DSK-ya ərizə yazaraq mənə verdikləri imzalardan imtina ediblər. Çünki vətəndaşlar imtina ərizələrini təzyiq altında yazıblar. Ona görə də DSK-nın qərarını əsasız hesab edirəm.

Namizədliyimin qeydə alınması üçün 450 imza toplamaq tələb olunduğu halda 590 imza yığmışdım. İmza vərəqələrini oktyabrın 5-də DSK-ya təqdim etmişəm. Həmin axşam mənim imza vərəqələrimin sürətini çıxarıb Yardımlı Rayon İcra Hakimiyyətinə veriblər. İcra Hakimiyyəti isə imza vərəqlərini kənd icra nümayəndələrinə paylayıb. Onlar da ev-ev gəzib mənə imza verən seçicilərdən izahat alıblar, onlara təzyiq ediblər və imzalarından imtina etməyə vadar ediblər. İmzasından imtina etmək istəməyən bir necə nəfəri işdən azad ediblər. Yardımlıda total saxtakarlıq və seçki cinayətləri baş verib. İcra hakimiyyəti orqanları bütün şanslı namizədləri sıradan çıxarıb”.

Jurnalist qeyd edib ki, MSK-ya şikayət edəcək, nəticə olmasa, məhkəməyə üz tutacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO