Jurnalistin başına gələn olayı polis araşdırır

Jurnalistin başına gələn olayı polis araşdırırİdrak Abbasov və qardaşı mühafizəçini döyməkdə ittiham olunurlar

RATİ-dən Simsar.az-a verilən məlumata görə, İdrak Abbasovun qardaşları Raman Abbasov və Vaqif Abbasov haqqında 20-ci polis bölməsində cinayət təqibi ilə araşdırmaya başlanılıb. Qardaşlar Mərkəzi Təcili Yardım Xəstəxanasının mühafizəçilərini döyməkdə ittiham olunurlar.

Məlumatda bildirilir ki, adları şikayətçi kimi göstərilən mühafizəçilər, şikayət vermədiklərini və qardaşlara qarşı hər hansı bir iddialarının olmadığını bildiriblər.

Habelə İdrak Abbasov haqqında 29-cu polis bölməsində xuliqanlıq şikayəti ilə araşdırmalara başlanıb. Jurnalist avtomobili ilə hərəkət edərkən, digər nəqliyyat vasitəsini idarə edən şəxsi hədələməkdə təqsrilşi bilinir.

Bildirilib ki, İ.Abbasovun ailəsinə olan hücumla bağlı istintaqda da irəliləyiş yoxdur. Hadisə ilə bağlı araşdırmalara başlayan 40-cı polis bölməsi əməkdaşları hadisə yerinə baxış keçirsələr də, bu günə qədər zərərçəkənlərin ifadələrini almayıblar.

İdrak Abbasov xəstəxanada müalicə alan ailə üzvlərinin vəziyyətindən də narazıdır. RATİ-yə məlumatında jurnalsit bildirib ki, onun anası Naimə Quliyeva travma ilə xəstəxanya yerləşdirilsə də müalicə edilmir: “Həkimlər gəlib anama bildiriblər ki, qonşunla dalaşmayaydın. Sən xəstə filan deyilsən çıx get evinə. Mən bu xəbərdən sonra xəstəxanaya getdim. Amma mənə heç kim epikriz vermək istəmədi və xəstənin xəstəxanadan buraxılmağına dair heç bir kağız ala bilmədim. Amma inad edirdilər ki, apar. Sonda fikirlərini dəyişib dedilər ki, biz onu xəstəxanadan çıxarmaq istəmirik”.

4 saylı şəhər xəstəxanasında müalicə olunun atası Telman Abbasovun isə müalicəsi davam edir və o xəstəxanada hər hansı bir problemlə üzləşməyib.

Qeyd edək ki, Abbasovlar ailəsinin hüquqlarının müdafiəsi ilə Media Hüququ İnstitutunun nümayəndəsi, vəkili Elçin Sadıqov məşğul olur.
Xatırladaq ki, sentyabrın 9-da “Binəqədi Oyl kompani” əməkdaşları mülkiyyət sənədlərinin olmadığını əsas gətirərək RATİ-nin əməkdaşı İdrak Abbasovun valideynlərinin və qardaşlarının Sulutəpədəki evinin bir hissəsini söküblər. Bu zaman onlara etiraz edən jurnalistin atası, anası, qardaşı, gəlinləri və onların uşaqlarına qarşı fiziki zor tətbiq edilib Ciddi xəsarət alan Ədalət Abbasov və anası Naimə Quliyeva 1 saylı Şəhər Klinik Mərkəzinə yerləşdirilib. Ata Telman Abbasov isə 4 saylı şəhər xəstəxanasında müalicə alır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO