Jurnalistin başını kəsiblər

Keçən həftə oğurlanmış Meksikanın “Voice of Michoacan” qəzetinin köşə yazarı Enrike Villikana Palomares qətlə yetirilib. Şənbə günü meksikalı jurnalistin cəsədi Miçoakan ştatının paytaxtı Moreliyada boğazı kəsilmiş halda tapılıb. Bu barədə Beynəlxalq Mətbuat İnstitutunun (BMI) Azərbaycan Milli Komitəsinə Beynəlxalq Mətbuat İnstitutundan məlumat verilib.

Jurnalistin qətli ilə bağlı danışarkən Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Mətbuat Azadlığı üzrə nümayəndəsi Entoni Millz bunları deyib: “Biz Enrike Villikana Palomaresin amansız qətlini pisləyir və Meksikanın aidiyyətli orqanlarını jurnalistin ölümünün onun peşə fəaliyyəti ilə bağlı olub-olmamasını təcili olaraq araşdırmağa çağırırıq. Təəssüflər olsun ki, Meksikada jurnalistlərin qətlləri adi hal alıb və dünya ictimaiyyətinin bu qətllərə soyuqqanlılıqla yanaşmaq təhlükəsi yaranıb. Buna yol vermək olmaz! Meksika hökuməti jurnalist qətllərinin bu rüsvayçı epidemiyasına son qoymaq üçün səlahiyyətində olan bütün imkanlardan istifadə etməlidir”.

Xatırladaq ki, E.Villikana bu il Meksikada qətlə yetirilmiş beşinci jurnalistdir. Bu jurnalistlərin əksəriyyəti narkotik cinayəti ilə bağlı xəbərlər hazırlamaları ilə əlaqədar qətlə yetirilib.

Qeyd edək ki, şənbə günü Taylandın paytaxtı Banqkokda hökumət əleyhinə olan etirazçılarla təhlükəsizlik qüvvələri arasındakı toqquşmalar zamanı ölənlər arasında da bir jurnalistdə olub. “Röyters”in Tokio bürosunun əməkdaşı, milliyətcə yapon olan 43 yaşlı Hiro Muramoto hadisə yerindən Banqkokdakı zorakılıq barədə informasiya verən zaman naməlum şəxs tərəfindən güllə ilə qətlə yetirilib.
Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO