“Jurnalistika problemlərinin etik və hüquqi aspektləri” mövzusunda elmi-praktiki konfrans keçirilib

Bakı Avrasiya Universitetində (BAU) bu ali məktəbin 20 illik yubileyinə həsr edilən “Jurnalistika diffamasiya problemi: hüquq və etik aspektlər” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə BAU–nun professor-müəllim kollektivi, respublikanın aparıcı KİV nümayəndələri, mütəxəssislər iştirak ediblər. Tədbiri universitetin filologiya və jurnalistika kafedrasının müdiri Firuz Mustafayev giriş sözü ilə açaraq çap məhsullarında şəxsiyyətin şərəf və ləyaqətinin gözlənilməsinin vacibliyini vurğulayıb. F.Mustafayev jurnalistikada diffamasiya problemini tezislər şəklində çatdırmağa çalışıb və konkret misallar gətirib. Bildirilib ki, Avropada çoxdan tətbiq edilən “informasiya ekologiyası” məfhumunun ölkəmizdə də tətbiqi barədə düşünməyə dəyər.
Sonra “Azərbaycanda müasir radio və televiziya jurnalistikasının inkişafı istiqamətləri ”, “Azərbaycan qanunvericiliyində diffamasiya problemi”, ”Telejurnalistikada janr məsələləri”, ”Televiziya dramlarının dünya təcrübəsi və onun Azərbaycan efir məkanında tətbiqi” və digər mövzularda məruzələr dinlənilib. Məruzələr ətrafında müzakirələr keçirilib və suallar cavablandırılıb.

Paylaş

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO