Jurnalist Xədicə İsmayılova Bakı şəhər prokrorluğunu məhkəməyə vermək niyyətindədir – vəkil

“Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayılovanın işi üzrə aparılan tətqiqatlar barədə dünən yayılan məlumatlar Cinayət Məcəlləsinin şəxsi həyatın toxunulmazlığı barədə 156-cı maddəsinə ziddir”.

SalamNews-un verdiyi məlumata görə, bunu jurnalistin vəkili Adil İsmayılov cümə günü mətbuat konfransında bildirib.

O deyib: “Biz X.İsmayılova barədə bu cür materialların dərc edilməsini ona qarşı cinayət kimi qiymətləndiririk. Bununla bağlı paytaxt prokurorluğunu məhkəməyə vermək niyyətindəyik. Jurnalistin işi ilə bağlı istintaq uzanıb və heç bir irəliləyiş yoxdur”.

Vəkil söyləyib ki, iddia istintaq zamanı törətdiyi qeyri-qanuni əməllərinə görə, Bakı şəhər prokurorunun müavini Azər İsmayılova qarşı qaldırılacaq. Biz yaxın zamanda rəsmi iddia qaldırmaq fikrindəyik.

İstintaqın gedişatı barədə fikir bildirən vəkil vurğulayıb ki, tətqiqatlar zərərçəkmişin evində video çəkiliş aparılan telefon xəttinin çəkilməsini sifariş verən şəxsi tapmağa çalışır. Zərərçəkən X.İsmayılovanın tanışıdır. Əgər prokurorluq X.İsmayılovanın işində həqiqətətn də operativliyə üstünlük verirsə, ilk növbədə, istintaq qrupu yaratmalıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO