Jurnalist xanımlar pulsuz müayinə olundular

Xətai Klinikası ilə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) Qurban Bayramı münasibəti ilə pulsuz müayinə təşkil edib.

“Qafqazinfo”nun məlumatına görə, müayinə bir gun – 24 oktyabr saat 9.00-dan saat 18.00-a kimi davam edəcək. Klinikada jurnalist xanımlar üçün qanın ümumi analizi, süd vəzisi, qalxanabənzər vəzi, daxili orqanların ultrasəs müayinəsi pulsuz aparılıb.

AJQA-nın prezidenti Sevil Yusifova bildirib ki, müayinələrdən keçmək üçün ölkənin tanınmış KİV orqanlarından 30-a yaxın xanım jurnalist müraciət edib və gün ərzində müraciət edənlərin sayında artım müşahidə olunub: “Bilirsiniz ki, son illər qadınlar arasında süd vəzisi xəstəlikləri artıb. Bu və ya digər xəstəlikləri yaradan əsas səbəb xanımların stresli iş şəraitində çalışmalarıdır. Ona görə də Assosiasiyamız tərəfindən Xətai klinikası ilə birgə bu tədbiri həyata keçirməyə qərar verdik”.

Qeyd edək ki, müayinədən keçənlər sırasında Qafqazinfo.az-ın əməkdaşları da olub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO