Jurnalist QHT sədri oldu

Tanınmış jurnalist Ədil Ədilzadə ictimai birliyə rəhbər təyin olunub.

 
Bu məlumatı Milli.Az-a jurnalistin özü verib. Qeyd edib ki, “Yeni Həyat İqtisadi İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin növbəti toplantısı baş tutub. Təşkilatın rəhbər strukturlarına keçirilən seçkilərdə Ədil Ədilzadə birliyin sədri seçilib.
 
Onu da qeyd edək ki, “Yeni Həyat İqtisadi İnkişaf” İctimai Birliyi aktivliyi ilə seçilən təşkilatlardandır. Fəaliyyəti dövründə kənd təsərrüfatı və iqtisadi sahədə yeni-yeni ideyalarla çıxış edən təşkilata bu vaxta qədər vətəndaş cəmiyyətində kifayət qədər tanınan Müşfiq Həsənov rəhbərlik edib.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO