Jurnalist polis polkovnikinin onu döydüyünü deyir

«Bizim Yol» qəzetinin müxbiri Ramid İbrahimov döyülməsi ilə bağlı fevralın 16-da Daxili İşlər nazirinə, Baş prokurora müraciət edəcək. Jurnalist deyir ki, onu fevralın 12-də Prezident Administrasiyasının qarşısında etiraz piketindən reportaj hazırlayarkən polkovnik rütbəli şəxs döyüb.

Ramid İbrahimov TİA.AZ-a bildirib ki, «Muray» MMC-nin aldatdığı adamların Prezident Administrasiyasının qarşısında etiraz aksiyasından şəkillər çəkərkən polkovnik rütbəli şəxsin fiziki təzyiqinə məruz qalıb. Həmin şəxs özünü təqdim etməkdən imtina edib. Jurnalistin fotoaparatı alınıb, çəkdiyi şəkillər də pozulub.

Ramid İbrahimov Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edib. Jurnalist məhkəmə tibbi ekspertizadan da keçib. Ona bildiriblər ki, səndə hər hansı xəsarət yoxdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO