Jurnalist namizəd yardım istəyir

94 saylı Bərdə kənd seçki dairəsindən Milli Məclisə seçkilərdə deputatlığa namizəd Taleh Şahsuvarlı sabahdan təbliğat-təşviqat kampaniyasına başlayır. Bununla yanaşı o, həm də seçki kampaniyasına təkan vermək üçün maliyyə dəstəyi qazanmaq qərarına gəlib.

T.Şahsuvarlı Modern.az saytına bildidb ki, onu tanıyan imkanlı şəxslərə müraciiət ünvanlayıb. Müraciətdə namizədin bank hesabına 50 (əlli) manatdan 500 (beş yüz) manatadək hər hansı məbləğdə pul köçürmək xahiş olunub.

“Göstərilən hesaba maliyyə yardımını öz adınızdan və fiziki şəxs olaraq köçürməyinizi rica etməklə yanaşı xatırladım ki, bu vəsait Azərbaycan Respublikasının qanunlarına uyğun toplandığından indi və gələcəkdə Sizin üçün heç bir problem yaratmayacaq” –deyə namizədin müraciətində bildirilib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO