Jurnalist müsabiqəsinin qalibləri

Yanvarın 12-də “Qaradağ Sement” ASC ilə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının jurnalistlər üçün elan etdiyi müsabiqənin nəticələri açıqlanıb.

“Media forum” saytının məlumatına görə, “Azərbaycanda gənclərin inkişafı üçün QHT və biznes qurumlarının birgə əməkdaşlığı” mövzusunda keçirilən müsabiqə 2009-cu il oktyabrın 5-də elan olunmuşdu.

Müsabiqənin şərtlərinə əsasən, jurnalistlər “Qaradağ Sement”ASC-nin fəaliyyəti ilə bağlı kiçik araşdırma aparmaq üçün layihələr təklif edib.

Müsabiqəyə xeyli jurnalist qatılıb. Münsiflər heyəti 11 nəfərin layihəsini bəyənib. Layihələrin qiymətləndirilməsi zamanı onların innovativ və yaradıcı olmasına diqqət yetirilib.

Müsabiqədə layihəsi keçən jurnalistlər: “Media forum” saytının əməkdaşı İmdad Əlizadə, “Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı, “Modern.az” saytının əməkdaşı Lalə Musaqızı, “Şərq” qəzetinin əməkdaşı Seymur Qasımbəyli, “Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan, “Həftə içi” qəzetinin əməkdaşı Mirvari Kamilqızı, “Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə, “Olaylar” qəzetinin əməkdaşı Ədil Ədilzadə, “Səs” agentliyinin əməkdaşı Elçin Bayramlı, AzərTAc-ın əməkdaşı Xətayi Əzizov, “Respublika” qəzetinin əməkdaşı Xəlil Cabbarov.

Yanvarın 12-də “Park-İnn” hotelində keçirilən tədbirdə qaliblərə sertifikatlar, pul mükafatları və hədiyyələr təqdim olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO