Jurnalist Faina Hənifəyeva mətbuatdan həmişəlik gedib

Jurnalist Faina Hənifəyeva mətbuatdan həmişəlik gedibMedia nümayəndələrilə bağlı məsələləri həmişə diqqətdə saxlayan Modern.az saytı tanınmış jurnalist Faina Hənifəyevanın mətbuata həmişəlik vida etdiyini öyrənib. Xəbəri həmkarımızın özü də əməkdaşımıza təsdiqləyib.
Faina xanım deyib ki, hazırda zehni fəaliyyətlə yanaşı, həm də şəxsi biznesilə məşğuldur. Artıq media sahəsindən tamamilə uzaq olan keçmiş jurnalist Fainə Hənifəyeva bir daha bu peşəyə qayıtmacağını vurğulayıb.

“Mən 2009-cu ildən jurnalistikadan ayrılmışam. Hazırda İqtisadi və İnkişaf Sosial Mərkəzində layihə meneceri işləyirəm. Jurnalistikadan öz istəyimlə ayrılmışam. Jurnalistikadan ayrılmaqda hərənin bir cür səbəbi olur. Kimsə söz azadlığı ilə bağlı vəziyyətlə razılaşmır, ona görə gedir, kimsə daha yaxşı işə keçir, kimisi isə yorulub bu peşədən ayrılır. Jurnalist işləmək enerji tələb edir. BBC-nin Azərbaycan xidməti bağlanandan sonra elə bir media qurum görmədim ki, gedim orada işləyim… Mən şəxsi istəyimlə jurnalistikdan ayrıldım. Şəxsi biznesim barəsində danışmaq istəmirəm. Hazırda burada araşdırmalarla, zehni bir işlə məşğul oluram. Hazırkı işimdən razıyam. Jurnalistikaya qayıtmaq üçün təkiliflər olur. Bu yaxınlarda ANS telekanalından da məni axtardılar, amma mən qəti qərarımı vermişəm ki, birdəfəlik jurnalistikaya qayıtmayacam. Belə bir qərarı verməyimdə elə ciddi səbəb yoxdur, sadəcə daha jurnalistikada işləmək, öz işlərimə qarşı da getmək istəmirəm”-deyə F.Hənifəyeva bildirib.

F.Hənifəyeva “Azadlıq”, “Üç nöqtə” qəzetlərində, BBC radiosunun Azərbaycan xidmətində və digər media orqanlarında çalışıb

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO