Jurnalist Daxili İşlər Nazirliyini məhkəməyə verir

Jurnalist Əfqan Muxtarlı Daxili İşlər Nazirliyini və Səbail rayon Polis İdarəsini məhkəməyə verəcək.

“Qafqazinfo”ya açıqlamasında jurnalist bildirib ki, hazırda iddia ərizəsi hazırlayır və yaxın müddətdə məhkəməyə təqdim edəcək. Ə. Muxtarlı deyib ki, müxalifətin 2 aprel mitinqində polislər onu saxlayarkən cibindən mobil telefonunu və 40 manat pulunu götürüblər: “Səbail polisinə bir neçə dəfə müraciət etmişəm, amma geri qaytarmırlar. Məhkəməyə müraciətimdə pulumun və mobil telefonumun geri qaytarılmasını tələb edəcəyəm. Bundan başqa polisin qeyri-insani davranışına görə təzminat ödəməsi istəniləcək. Təzminatın məbləğini vəkillərlə məsləhətləşib müəyyənləşdirəcəyik”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO