Jurnalist 3 il müddətinə azadlıqdan məhrum edildi

“Media forum” saytı xəbər verir ki, M.Zeydi xarici dövlətin başçısına hücumda təqsirli bilinib. Bağdadda keçirilən məhkəmə prosesində son sözlə çıxış edən M.Zeydi isə bildirib ki, özünü günahkar saymır.

M.Zeydi ayaqqabılarını C.Buşa 2008-ci il dekabrın 14-də atmışdı. İraqda səfərdə olan C.Buş İraqın baş naziri Əl-Maliki ilə birgə mətbuat konfransı keçirərkən qəflətən ayağa qalxan jurnalist çəkməsinin bir tayını prezidentə tolazlayaraq ərəbcə «Bu, iraqlıların hədiyyəsidir. Bu, vida öpüşüdür, sən köpəksən» demişdi. Çəkməsinin o biri tayını atarkən isə Zeydi «Bu, dul arvadlar, yetimlər və İraqda öldürülənlərdəndir» söyləmişdi.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO