Jurnalist 250 min dollar ziyana düşdü

Bahalı avtomobilləri test-drayv edərkən əmin olun ki, maşın xarab olarsa, onun haqqını ödəməyə pulunuz çatacaq.Porsche 917 raritet superkarı sınaqdan çıxarmaq üçün götürən britaniyalı avtomobil jurnalisti Mark Heils məhz belə bir işə düşüb.

Milli.Az Auto-az-a istinadən bildirir ki, Heils ehtiyatsız davaranaraq avtomobilin mühərrikini yandırıb və maşının sahibi, keçmiş Formula 1 yarışçısı Devid Paper öz növbəsində uğursuz sınaqçıdan təmir üçün 80 000 dollar təzminat tələb edib.

Heils ödənişdən imtina etməyə cəhd etsə də məhkəmə Payperin iddiasını təmin edib və jurnalistdən avtomobilin təmiri üçün müvafiq məbləği ödəməyi tələb edib. Amma bu heç də o demək deyil ki, Heils 80 000 dollarla canını qurtara biləcək. İş ondadır ki, həmin məbləğə məhkəmə xərcləri də əlavə ediləcək və buna görə də britaniyalı jurnalist ümumilikdə təxminən 250 000 dollar ödəməli olacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO