Jirinovski azərbaycanlı jurnalistdən girovlara görə yeni sənədlər istədi

AzTV-nin keçmiş əməkdaşı, jurnalist Aida Eyvazovanın Kəlbəcərdə erməni silahlı birləşmələrinin girov götürdüyü Dilqəm Əsgərov,  Şahbaz Quliyev və öldürülən Həsən Həsənovla bağlı Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı  Vladimir Jirinovskiyə ünvanladığı məktuba cavab verilib.

Modern.az saytının məlumatına görə Rusiya liberallarının lideri cavab məktubunda müraciətlə diqqətlə tanış olduğunu bildirib. Məktubda Kəlbəcərdə girov düşən soydaşlarımızın taleyi ilə bağlı məsələlərin araşdırılacağı və problemin  diqqətdə saxlanılacağı qeyd olunub.

“Mən sizin müraciətinizlə tanış oldum. Siz soyad, ad, ata adları, poçt indeksi və məsələnin mahiyyətinin qısa xülasəsi ilə bağlı ərizə ilə müraciət etməlisiniz. Ərizəyə həmin adamların sənədlərinin surətini də əlavə etmək lazımdır. Mənə göstərdiyiniz etibara görə sizə minnətdaram. Biz bütün bu müraciətlərə baxırıq və mümkün qədər insanlara kömək etməyə çalışırıq. Sizə müvəffəqiyyətlər və möhkəm can sağlığı arzulayıram!

Hörmətlə Vladimir Jirinovski”,-deyə məktubda yazılıb.

Qeyd edək ki, Aida Eyvazova bu müraciətlə Vladimir Jirinovskiyə məktub ünvalamışdı:

“Cənab Vladimir Volfovic. Mən adi Azərbaycan vətəndaşıyam. Peşəm jurnalistdir. Siz yaxşı bilirsiniz ki, bu gün Azərbaycanda nələr baş verir, hansı problemləri və uğurları var. Bir neçə həftə bundan əvvəl bizim soydaşlarımız və Rusiya vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni postlarını keçərək erməni əsarətində doğulub boya-başa çatdıqları Kəlbəcərə gediblər. Öz doğmalarının qəbirlərini ziyarət etmək istəyiblər. Onların buna həm insan kimi , həm də hüquqi cəhətdən haqları var. Siz çox gözəl bilirsiniz ki, bu torpaqlar türk torpaqlarıdır və tarixən də biz azərbaycanlılara məxsusdur. Sizin ibarənizlə desək, xəzərilərə. Son zamanlar Siz Azərbaycanın tərəfini saxlayırsınız. Mən inanıram ki, ermənilərin əsirlikdə saxladıqları, qanını içdikləri soydaşlarımızın əsirlikdən qaytarılmasında vasitəçi ola bilərsiniz. Sizin yardımınızı istəyirəm! Bu məktubu da sizə böyük ümidlə yazıram. İnanıram ki, Rusiya vətəndaşlarını və bizim soydaşlarımızın erməni əsirliyindən qaytarılmasında , onların erməni əsirliyindən alınmasında yardımçı ola bilərsiniz. O zaman gəlib əllərinizdən öpəcəyəm. İnanıram ki, danışdığım hadisə sizi narahat edəcək! Cavab gözləyirəm”. 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO