JAM sədri: “Qəzetlər bir ayda özbaşına tikili sahibləri barədə 100 məqalə dərc edib”

JAM sədri: “Qəzetlər bir ayda özbaşına tikili sahibləri barədə 100 məqalə dərc edib”“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi (JAM) “İnsan Hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım” adlı layihənin icrasını davam etdirir.

JAM sədri Seymur Verdizadənin Modern.az saytına verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində aprel ayında ölkədə nəşr olunan 25 gündəlik və həftəlik qəzetin monitorinqi aparılıb.

Monitorinq nəticəsində məlum olub ki, Azərbaycanın aparıcı KİV orqanları insan hüquq və azadlıqlarının müdafiəsinə geniş yer ayırırlar: “Monitorinq göstərir ki, KİV-lər ay ərzində müxtəlif məhkəmə instansiyalarında insan hüquq və azadlıqlarına dair baxılan işlər barədə xeyli material dərc edib”.

JAM-ın monitorinqinə cəlb olunan qəzetlərin əksəriyyətində hüquq –mühafizə orqanlarının fəaliyyəti ilə bağlı yazılar da yer alıb. “Diqqəti cəlb edən başqa bir məqam isə özbaşına tikili sahiblərinin üzləşdiyi problemlərin mətbuatda işıqlandırılması olub. Monitorinqə cəlb edilən qəzetlərdə bir ay ərzində bu mövzuda 100 məqalə dərc olunub”. JAM sədri deyib ki, mətbuatın insan hüquq və azadlıqlarının müdafiəsinə dair materialları ilə bağlı monitorinqlər may, iyun, iyul aylarında da davam etdiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO