İTV-dəki kadr dəyişikliyi barədə RƏSMİ AÇIQLAMA

İctimai Televiziya və Radio Yayımları Şurasının sentyabrın 3-də keçirilən toplantısında İTV-də baş tutan bir sıra kadr dəyişiklikləri rəsmən təstiqlənib. Bu haqda İTV-dən Modern.az-a məlumat verilib.

Bildirilib ki, öz ərizəsi ilə işdən gedən Oqtay Bayramovu bundan sonra baş direktor müavini vəzifəsində Şaiq Məmməd oğlu Məmmədov əvəzləyəcək. Ş.Məmmədov bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Beynəlxalq Proqramlar redaksiyasının baş redaktoru, ingilis dilində “Həftə” analitik-informasiya proqramının müəllifi və aparıcısı olub. Azərbaycan Dillər Universitetinin sinxron tərcümə fakültəsinin və Naxçıvan Dövlət Universiteti hüquq fakültəsinin məzunudur, ingilis, rus, ərəb və türk dillərini bilir.

İTV-nin Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu da yazdığı ərizə əsasında tutduğu vəzifədən azad edilib. Kino və Dublyaj departamentinin direktoru Füzuli İsmayılov Cəmil Quliyevin sentyabrın 3-də imzaladığı əmrə əsasən bundan sonra Analitik Proqramlar Departamentinin rəhbəri işləyəcək. F.İsmayılov 2005-ci ildən İTV-də müxtəlif sahələrə rəhbərlik edib, bir sıra analitik proqramların müəllifi və aparıcısı kimi də tanınıb.

İnformasiya Proqramları Departamentinin direktoru vəzifəsinə 2005-ci ildən İctimai Televiziya və Radioda bir sıra analitik proqramların müəllifi və aparıcısı kimi fəaliyyət göstərmiş Mehparə Quliyeva təyin edilib. Bu departamentə rəhbərlik etmiş İlham Sərxanlı isə öz ərizəsi ilə İctimai Radioya aparıcı vəzifəsinə keçirilib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO