İsveçdən yayımlanacaq “Bütov Azərbaycan ” telekanalı həqiqətləri geniş auditoriyaya çatdırcaq

Azərbaycan həqiqətlərinin çatdırılması yolunda növbəti telelayihənin gerçəkləşməsinə mayın 15-dən etibarən start veriləcək. Belə ki, İsveçin Malmö şəhərindən yeni «Bütov Azərbaycan» telekanalı yayımlanmağa başlayacaq.

SalamNews-un xüsusi müxbirinin verdiyi məlumata görə, yeni televiziyanın təsisçisi Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Mirəşrəf Fətiyevdir. “Azerspace” peykilə dünyaya yayımlanacaq kanalın əsas məqsədi bütov Azərbaycanın həqiqətlərini geniş auditoriyaya çatdırmaqdır.

Azərbaycanın ərazi bütövlüyünün təbliği də kanalın əsas fəaliyyət istiqamətlərindən biri olacaq. İsveç qanunvericiliyi verilişlərin müxtəlif dillərdə yayımlanmasına imkan verdiyindən «Bütöv Az.Tv»-də azərbaycan, rus, fars, ingilis və s. dillərdə verilişləri seyr etmək mümkün olacaq. Yeni yaradılmış televiziya kanalının İsveçdə qeydiyyatdan keçməsi və bununla da İsveç televiziyası kimi fəaliyyətə başlaması bu ölkənin demokratik ənənələrinə və prinsiplərinə olan inamla bağlıdır. Yeni kanalın qurulmasında Azərbaycanın İTV və MuzTV, İsveçin SVT televiziya kanallarının mütəxəssislərinin xüsusi rolu olub.

Açılış mərasiminin proqramına əsasən, mayın 15-də İsveç vaxtı ilə saat 11:00-da qırmızı lentkəsmə mərasimi, saat 12:00-da televiziya kanalının qurucusu Pr. Mirəşrəf Fətiyevin mətbuat konfransı, saat 18:00-da isə açılış mərasimi ilə əlaqədar bayram tədbiri keçiriləcək.

– See more at: http://az.salamnews.org/az/news/read/72970/isveccedilden-yayimlanacaq-buumltov-azerbaycan-telekanali-heqiqetleri-genish-auditoriyaya-ccedilatdircaq/#sthash.YXOuZOpI.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO