“İslamazeri ” və “Azadxeber ” saytlarının baş redaktorları polisə çağırılıblar

“İslamazeri.az” və “Azadxeber.org” saytlarının baş redaktorları polisə çağırılıblar.

Bu barədə SalamNews-a “Azadxeber.org” saytlarının baş redaktoru Pərvin Zeynalov məlumat verib.

O deyib ki, martın 2-də “İslamazeri.az” saytının baş redaktoru Ramin Bayramov və “Azadxeber.net” internet qəzetinin baş redaktor əvəzi Pərvin Zeynalov Bibiheybət məscidində namaz qıldıqları vaxt oğurluq hadisəsi baş verib. Jurnalistlər namaz qıldıqdan sonra Həzrəti Həkimə xanımın müqəddəs məzarını ziyarət ediblər. Ziyarətdən sonra hər iki jurnalist polis bölməsinə dəvət olunub. 8-ci polis bölməsində 2 saat araşdırma aparıldıqdan sonra jurnalistlər sərbəst buraxılıblar.

Bu gün isə 8-ci polis bölməsindən mənə zəng edilərək polis bölməsinə dəvət edliblər. Jurnalistlərin sabah səhər 10:00-da bölməyə gəlmələri tələb olunub – deyə P.Zeynalov vurğulayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO