İranda iki yeni telekanal fəaliyyətə başlayıb

İranda “Səlamət” və “Tamaşa” telekanallarının yayımına start verilib.

SalamNews –un “irna.ir”ə istinadla verdiyi xəbərə görə, “Səlamət” və “Tamaşa” telekanalları İranın ölkə müstəvisində yayımlanan 19 -cu və 20-ci telekanalıdır. “Səlamət” telekanalı səhiyyə sektoru ilə bağlı verlişlər yayımlayacaq. “Tamaşa” isə yerli və xarici teleserialların yayımlayacaq. Hər iki telekanal ölkə müstəvisində rəqəmsal alıcılar vasitəsilə baxılacaq.

Telekanalların açılış mərasimində Prezident Mahmud Əhmədinejad, İran Teleradio Şirkətinin direktoru İzzətullah Zərğami, mədəniyyət naziri Seyyid Məhəmməd Huseyni və digər rəsmilər iştirak ediblər.

“Eutelsat” şirkəti İranın əl-Aləm telekanalının “AB7” peyki vasitəsilə yayımlanmasını qadağan edib. Bundan əvvəl də İranın “İfilm”, “Alkauthar”, “Presstv” telekanallarının bəzi peyklərdən yayımı qadağan olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO