İranda “Bahar” qəzetinin nəşri dayandırılıb

İranda mətbuata nəzarət edən şura “Bahar” qəzetinin yayımını dayandırıb.

SalamNews-un İran mətbuatına istinadla verdiyi xəbərə görə, ölkədə mətbuata nəzarət edən şura “Bahar” qəzetinin yayımının dayandırılması barədə qərar verib. Şura “Bahar” qəzetini nəşrinin mətbuat qanununun 12-ci bəndinə əsasən dayandırıb.

İranda “Bahar” qəzeti ötən həftənin çərşənbə günündə “İmam siyasi lider yoxsa, iman ülgüsü” adlı məqalə dərc edib. Məqalənin dərc edilməsinin ardından ölkədə xsüsilədə mühafizəkarlar tərəfindən qəzet rəhbərliyinə müxtəlifmüracətlər olunub. İlk növbədə Bahar qəzeti oxuculardan üzr istəyib və qəzetin nəşrininin müvəqqəti olaraq dayandırılmasına qərar verib. Buna baxmayaraq, ölkənin mətbuata nəzarət şurası, qəzetin yayımınıın dayandırılması barədə qərarını verib.

– See more at: http://salamnews.org/az/news/read/99877#sthash.ROzdiBBa.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO