İnternet portallarından Mətbuat Şurasına daxil olan şikayətlər artıb – AÇIQLAMA

Əflatun Amaşov: “Yeni yaradılan komissiya internet portallarından Mətbuat Şurasına daxil olan şikayətləri araşdıracaq”
 “Hələ keçən il internet portallarından daxil olan şikayətlərlə bağlı komissiya yaradılması barədə təklif irəli sürmüşdük. Mətbuat Şurasının nəzdində belə bir qurumun yaradılmasına ehtiyac var idi”. Mətbuat Şurasının sədri Əflatun Amaşov fevralın 14-də keçirilən mətbuat konfransında belə deyib. Son zamanlarda Mətbuat Şurasına internet portalları ilə bağlı şikayətlərin artdığını deyən Ə.Amaşovun sözlərinə görə daxil olan şikayətlər ayrı-ayrı şəxslərə aiddir: “Mətbuat Şurasının tərkibində yaradılmış İnternet Resusrsları üzrə Komissiya daxil olan şikayətlərin araşdırılması istiqamətində fəaliyyət göstərəcək. Komissiyanın hələlik 6 üzvü var və bu rəqəm çox yaxında artırılacaq”. Tədbirdə çıxış edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət, “APA Group” Media Holdinqin İdarə Heyətinin sədri Vüsalə Mahirqızı, Gün.az və news.az saytlarının baş redaktoru Elnur Baimov və digər iştirakçılar da MŞ-ın təşəbbüsünü təqdirəlayiq hal kimi qiymətləndirdilər. (OLAYLAR İA)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO