“Internet Explorer 9”un yenilənmiş ilkin versiyası təqdim olundu

“Microsoft” korporasiyası “Internet Explorer 9” brauzerinin yenilənmiş test versiyasını təqdim edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Platform Preview 6” adlı yeni versiya cari ilin iyul ayında buraxılmış əvvəlki beta-versiya ilə müqayisədə stabil olmasa da, daha yeni kodlar bazasında işlənib hazırlanıb.

Yeni versiyada əlavə olunmuş imkanlar arasında “JavaScript”in təkmilləşdirilmiş məhsuldarlığını, eləcə də “CSS 2D” transformasiyasının və “HTML5” kodunun semantik teqlərinin dəstəklənməsini qeyd etmək olar.

“Microsoft” “Internet Explorer 9”un köməyi ilə istifadəçilərinin rəqib şirkətlərin həllinə keçməsinin qarşısını almaq niyyətindədir. Yenilənmiş test versiyası vasitəsilə proqramçılar və veb-dizaynerlər öz işləmələrinin və veb-saytlarının “Internet Explorer 9” brauzeri ilə uyğunluğunu yoxlaya bilərlər.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO