İnterAz televiziyasının əməkdaşı mükafata layiq görülüb

Azərbaycan prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Vətənimin Xatirəsi” layihəsi çərçivəsində təçil olunmuş vətənpətvərlik müsabiqəsinə yekun vurulub.

SalamNews xəbər verir ki, 10 ən yaxşı videoçarx müəllifinə diplom verilib. İnterAz televiziyasının əməkdaşı Fərhad Mikayılov müsabiqədə uğurlu iştirakına görə diplom alıb.

Müsabiqədə Bakı şəhəri və regionlarda yaşayan 14-29 yaş arasında olan gənclər iştirak edib. Müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətdə vətənpərvərlik ruhunu inkişaf etdirməkdir. Gənclər tərəfindən hazırlanaraq müsabiqəyə təqdim olun qısametrajlı videoçarxlar vətənpərvərlik ruhunda, Azərbaycanın tarixi, işğal altında olan bölgələrimizi, milli qəhramanlarımızı, şəhidlərimizi və onların həyatını və s. istiqamətləri əhatə edib.

– See more at: http://salamnews.org/az/news/read/123716#sthash.p6TzTp8j.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO