“İnterAz ” televiziya kanalının keçmiş “Facebook ” səhifəsi hakerlər tərəfindən idarə olunur

“İnterAz” televiziya kanalının “Facebook” səhifəsinin hakerlərin hücumuna məruz qalması ilə bağlı bir neçə gün əvvəl material dərc etmişdik. 

SalamNews xəbər verir ki, hazırda naməlum şəxslərin nəzarət etdiyi “hack” olunmuş səhifədə telekanalın siyasətinə uyğun olmayan paylaşımlar edilir.

https://www.facebook.com/interonnnnnn?ref=br_tf” hazırda “İnterAz” əməkdaşlarının nəzarətində deyil və bu səhifədə edilən paylaşımlara görə telekanal məsuliyyət daşımır.

Qeyd edək ki, “İnterAz” televiziyasının keçmiş “Facebook” səhifəsi 142 min “like”a və 6 milyondan çox əhatə dairəsinə malik idi.

Bildirək ki, səhifəyə haker hücumu ilə bağlı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəsmi olaraq müraciət olunub.

Hazırda məsələ araşdırılır.

– See more at: http://salamnews.org/az/news/read/148963#sthash.3ohd8a2H.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO