İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu Şuranın dəstəyilə monitorinq aparacaq

İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu  aprelin 10-dan etibarən Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxılması zamanı qanunvericiliyin tələblərinə riayət olunmasının monitorinqi” layihəsinin icrasına başlayıb.
Layihənin əsas məqsədini vətəndaşların müraciətlərinə dövlət orqanları tərəfindən çevik reaksiya göstərilməsinin, müraciətlərin qanunvericiliyin tələbləri çərçivəsində cavablandırılmasının araşdırılması təşkil edir. 
5 ay davam edəcək layihə müddətində nəzərdə tutulmuş dövlət qurumlarının şöbələri ilə əməkdaşlıq ediləcək. 
Layihə çərçivəsində qanunvericiliyin tələblərini kobud surətdə pozan dövlət müəssisələri barədə məlumatlar toplanacaq, bu cür qayda pozuntularına şərait yaradan səbəblər araşdırılacaq, vətəndaşların qeydə alınmış müraciətlərinin və onlara verilən cavabların “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunvericiliyin tələblərinə uyğunluğu müəyyən ediləcək. 
Həmçinin yol verilən nöqsanlar və kobud pozuntular qeydə alınaraq, əldə olunmuş informasiyalar ictimaiyyətin və həmin qurumların rəhbərliklərinin diqqətinə çatdırılacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO